Putin “KamAZ” sürdü - VİDEO
Bizi izləyin

MDB

Putin “KamAZ” sürdü - VİDEO

Rusiya prezidenti Vladimir Putinin “KamAZ” markalı yük maşını sürdüyü görüntülər yayılıb.

Publika.az xəbər verir ki, görüntülər Kremlin saytında dərc olunub.

O, baş nazirin müavini Marat Xusnullinlə özüboşaldan yük maşınına minib. Onlar M-12 Vostok magistralının Kazan yaxınlığındakı hissələrindən birində çoxfunksiyalı zonaya gəliblər .

Kadrlardan görünür ki, Xüsnullin artıq kabinədə Putini gözləyirmiş və içəri girəndə zarafat etmək qərarına gəlib.

“Vladimir Vladimiroviç, salam! Məni M-12 Vostok şossesinə düşürə bilərsinizmi?” – deyə soruşub.

Prezident müsbət cavab verib. Yol boyu hərəkət edən Putin marşrutun necə çəkildiyi və qovşaqların necə təşkil olunduğu ilə çox maraqlanıb. Prezident və Baş nazirin müavini fəal şəkildə dialoq aparıblar.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm