MDB
Lukaşenkodan ermənilərə şok müraciət: Ayılın, Fransa sizi...

Belarus prezidenti Aleksandr Lukaşenko ermənilərə tələsməməyi və qəfil addımlar atmamağı tövsiyə edib.
Publika.az xəbər verir ki, Lukaşenko Ermənistanın Fransa ilə təmaslarına da diqqət çəkib.
“Onlar Fransada Emmanuel Makronla daim əlaqə saxlayırlar. Sonra bəyanatlar verildi. Fransa zenit müdafiə sistemləri, ordu və iqtisadiyyata kömək edəcək. Bir sözlə, Paris İrəvanı çiyninə alıb daşıyacaq. Heç kim heç kimi götürməyəcək. Siz Fransada nə baş verdiyini görürsünüz, ona görə də İrəvan siyasətçiləri ayılsın və məşhur sözlə desək, sahib olduqlarını itirməsinlər”, - Belarus prezidenti media ilə söhbətində bildirib.
O, Gürcüstanı misal çəkib. “Şükür Allaha, normal münasibətlər qurulur, ilk növbədə Rusiya ilə, bizimlə iqtisadiyyat yaxşılaşır. Amerikalılar artıq Gürcüstanı unudublar. Gürcülər elə hərəkət etməyə başlayan kimi Qərb onlara təzyiq etməyə başladı. İlk növbədə, ABŞ”, - Lukaşenko bildirib.
“Bu gün, məsələn, ABŞ-da Baydendir. Sabah hökumət dəyişəcək və Tramp deyəcək: “Qulaq as, mən səni tanımıram. Dostlar, sizi ilk dəfədir ki, görürəm”, - Belarus lideri vurğulayıb.
Tural

-
MDB22:24
Putin onu vəzifələrindən azad etdi
-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?