MDB
Rusiya ölkəni tərk edən şou-biznes nümayəndələrini hədələdi: Qayıtsanız...
Rusiya silahlı qüvvələrini tənqid edən rus ulduzları ölkəyə qayıtmaq qərarına gəlsələr, qanun çərçivəsində cavab verəcəklər.
Publika.az xəbər verir ki, bu barədə TASS Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin sözlərindən sitat gətirib.
“Xaricə gedib Rusiya Silahlı Qüvvələrinin hərəkətlərini gözdən salan şou-biznes nümayəndələrinin mövqeyi yəqin ki, onların yerləşdikləri ölkələrin siyasətinə xoş gəlmək istəyi ilə bağlıdır. Əgər onlar Rusiya Federasiyasına qayıtsalar, qanuna uyğun cavab verməlidirlər”, - Aleksandr Bastrıkin bildirib.
İstintaq komitəsinin rəhbərinin sözlərinə görə, satqınlar heç yerdə bəyənilmir.
Bundan əvvəl Bastrıkin ölkəni tərk edən, Rusiya ordusu haqqında mənfi fikirlər səsləndirən rus ulduzları vətənə xəyanətdə ittiham edib. İstintaq Komitəsinin rəhbəri qeyd edib ki, onların Rusiyada hələ də böyük auditoriyası var və onlara təsir edə bilərlər.
Xatırladaq ki, Rusiyada xarici agentlərin, o cümlədən rus ulduzların əmlakını itirə biləcəyi ilə bağlı qanun qəbul edilib. Rusiya silahlı qüvvələrini də tənqid edən, həyat yoldaşı Alla Puqaçeva və uşaqları ilə birlikdə İsraildə məskunlaşan məşhur komediya aktyoru Maksim Qalkin də sanksiya riski altındadır.
"Dni.ru" xəbər verir ki, o, Qryazi kəndindəki malikanəsindən məhrum ola bilər.
Tural
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır






.jpg)




.jpg)

.jpg)







.jpg)














