Rusiyada körpü partladıldı: Ərazi mühasirəyə alınıb - FOTO
Bizi izləyin

MDB

Rusiyada körpü partladıldı: Ərazi mühasirəyə alınıb - FOTO

Rusiya Federasiyasının Samara vilayətində naməlum şəxslər dəmir yolu körpüsünü partladıblar.

Publika.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb. Bildirilir ki, Çapaevka üzərindən keçən dəmir yolu körpüsü güclü partlayış nəticəsində zədələnib. Telekanalın mənbələrinin məlumatına görə, körpünün metal konstruksiyaları, həmçinin hasarlar zədələnib.

“Hazırda Moskvadan hərəkət edən üç sərnişin qatarı və bir elektrik qatarı saxlanılıb. Ərazi mühasirəyə alınıb. Hadisə yerində xüsusi xidmət orqanları və istehkamçılar işləyir”, - “Baza” yazıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm