Stalinin nəticəsi Lavrova açıq məktub yazdı: Dəstək verməyə hazıram
Bizi izləyin

MDB

Stalinin nəticəsi Lavrova açıq məktub yazdı: Dəstək verməyə hazıram

Sovet İttifaqının keçmiş lideri İosif Stalinin nəvəsi, rəssam Səlim Bensaad Rusiyanın xarici işlər naziri Sergey Lavrova açıq məktub yazaraq BMT-nin buraxılmasının zəruriliyini bəyan edib.

Publika.az xəbər verir ki, müvafiq sənədin surəti "NEWS.ru"da yayımlanıb.

İkinci Dünya Müharibəsində Qələbə generalissimusunun nəticəsi və faşistlərin Zaksenhauzen konsentrasiya düşərgəsində həlak olmuş Yakov Cuqaşvilinin nəvəsinin sözlərinə görə, BMT ayrı-ayrı xalqların soyqırımının qarşısının alınması məsələlərinin həllində səriştəsizliyini sübut edib.

Bensaad deyib ki, təşkilat Donbassda “rusların məhvinə imkan verir”, həmçinin Qəzza zolağında ikili standartlar siyasəti yürüdür.

Bensaad Lavrova və Rusiya Xarici İşlər Nazirliyinə çağırışa dəstək verməyə hazır olduğunu bildirib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm