MDB
Ermənistandan sonra Qırğızıstan da bu addımı atdı - Rusiya ilə bağlı kritik qərar

Qırğızıstanda aprelin 5-dən Rusiyanın “Mir” sisteminin bank kartları ilə bütün əməliyyatlar dayandırılacaq.
Publika.az xəbər verir ki, ölkə banklarının Rusiya sisteminin kartları ilə işləməkdən imtina etməsi ABŞ-ın sanksiya təhlükəsi ilə bağlıdır.
“Bu il aprelin 5-dən Qırğızıstanda respublikanın bankomatlarından vəsait qəbul etmək və ya “Mir” kartları ilə alış-veriş etmək mümkün olmayacaq”, - “Elkart” milli ödəniş sisteminin fasiləsiz fəaliyyətinin təminatçısı olan Banklararası Prosessinq Mərkəzi QSC məlumat verib.
Belə ki, cari iş həftəsinin sonunda Qırğızıstanın bütün bankları Rusiya kartları ilə istənilən əməliyyatı dayandıracaq.
Rusiyanın “TASS” agentliyi qeyd edir ki, hazırda respublikada rusiyalılar üçün onlayn və ya oflayn rejimdə köçürmə, pul çıxarmaq və ya “Mir” kartı ilə ödəniş etmək problemi yoxdur.
Qeyd edək ki, ötən həftənin sonundan Ermənistanda da “Mir” kartları qəbul edilmir. Ermənistan VTB-dən başqa bütün ölkə bankları rusların kartları ilə işləmir.
Akqabay

-
Magazin206:16
Nəsrin tərəf müqabili ilə eşq yaşayır? - FOTO
-
Avropa02:12
Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun
-
Sosial11 Fevral 23:36
Vəfat edən şəxsin pensiya kapitalını bu şəxslər ala bilər
-
Magazin211 Fevral 23:12
25 yaşlı parlayan ulduz Merilin Monro rolunda - FOTO
-
İdman11 Fevral 21:48
Kadi qayıdışını qolla qeyd etdi - VİDEO
-
Magazin111 Fevral 21:24
Əməkdar artist bu restorandan qovuldu - FOTO
-
Hadisə11 Fevral 19:49
Sahibsiz dana Bakını bir-birinə vurdu - VİDEO