Türkiyənin taciklərlə bağlı qərarı Rusiyanı hərəkətə keçirdi: hansı addım atılacaq?
Bizi izləyin

MDB

Türkiyənin taciklərlə bağlı qərarı Rusiyanı hərəkətə keçirdi: hansı addım atılacaq?

Türkiyə Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv edib. Analoji tədbirlərin Krokusda törədilmiş terror aktından sonra Rusiyada tətbiqi təklif edilib, lakin praktikada viza rejiminin tətbiqi heç bir nəticə verməyəcək. Üstəlik, Rusiya Tacikistandan çox asılıdır: ikili vətəndaşlığa icazə verən saziş 2026-cı ilə qədər qüvvədədir və vizasız rejim qorunur.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq İlya Qraşçenkov bildirib.

"Buna görə də Tacikistan vətəndaşları Rusiya vətəndaşlığını almağa çox can atırlar. 2023-cü ilin məlumatlarına görə, Orta Asiya və Cənubi Qafqazdan gələn “yeni vətəndaşların” ümumi sayından Rusiya pasportu almış taciklərin xüsusi çəkisi 66% təşkil edib. Bu respublikanın sakinləri ikili vətəndaşlıq institutunun mövcudluğuna görə qeyri-mütənasib şəkildə daha çox sayda pasport alırlar”, - politoloq qeyd edib

Onun sözlərinə görə, artıq yüz minlərlə tacik "rus" olub və viza tətbiq etməyin mənası yoxdur: "Rusiyada güclü diaspora, Düşənbədə yaşamaq və Rusiya pensiyası almaq imkanı - Mərkəzi Asiya sakinləri özlərini daha rahat hiss edirlər".

Ekspert bildirib ki, Türkiyənin tətbiq etdiyi qadağa Türkiyəyə uyğundur, Rusiyaya uyğun deyil: "Ankaranın ucuz işçi qüvvəsi ilə bağlı heç bir problemi yoxdur, hətta artıq təklif var. Rusiyanın miqrantlara daha çox ehtiyacı var. Lakin bu, rublun zəifləməsi səbəbindən onlar üçün xilas olmaqdan çıxır. Türkiyə ilə vizasız gediş-gəlişin ləğvi Tacikistandan olan miqrantların Türkiyə əvəzinə Rusiyaya köçməsinə səbəb olacaq. Lakin onların çoxunun artıq Rusiyada yaşamaq icazəsi var və vizalar mahiyyətcə heç nə demək deyil".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm