Səsdən sürətli təyyarə sınaqçısı öldü
Bizi izləyin

MDB

Səsdən sürətli təyyarə sınaqçısı öldü

Rusiya Qəhrəmanı, əməkdar sınaq pilotu Anatoli Kvoçur vəfat edib. Onun 71 yaşı var idi.

Publika.az xəbər verir ki, bu barədə onun oğlu Nikolay sosial şəbəkələrdə bildirib. "Bu gecə Sovet və Rusiya pilotu, Rusiya Federasiyasının Qəhrəmanı, SSRİ-nin Əməkdar Sınaq Pilotu, polkovnik Anatoli Nikolayeviç Kvoçur vəfat etdi", - Nikolay yazıb.

Kvoçur Ukrayna SSR-in Vinnitsa vilayətində anadan olub. Test pilotu kimi çalışıb. MiQ-29 və MiQ-31 təyyarələrinin, hava-hava və hava-yer tipli raketlərin, MiQ-29K daşıyıcı əsaslı qırıcının sınaqlarında iştirak edib. 1988-ci ildə Böyük Britaniyada keçirilən aviasiya sərgisində Kvoçur ilk dəfə “Bell” akrobasi manevrini göstərib.

Kvoçur 65 yaşına qədər səsdən sürətli təyyarələrdə uçuş sınaqları keçirib. 1992-ci ildə Rusiya Qəhrəmanı adını alıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm