Rusiya şəhərlərində qələbə paradı kütləvi şəkildə ləğv edilir - Nədən qorxurlar?
Bizi izləyin

MDB

Rusiya şəhərlərində qələbə paradı kütləvi şəkildə ləğv edilir - Nədən qorxurlar?

Rusiya regionları təhlükəsizlik səbəbi ilə Qələbə paradlarını ləğv etməyə başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Aprelin 18-də etibarən paradın Pskov vilayətində keçirilməyəcəyi məlum olub və Voronej vilayətinin bir sıra rayonlarında da bütün tədbirlər ləğv edilib.

Sverdlovsk vilayətində bayram tədbirləri yalnız antiterror təhlükəsizlik tələblərinə cavab verən yerlərdə keçiriləcək.

Həmçinin, bir sıra bölgələrdə bayram tədbirləri azalacaq - Omsk və Voronej vilayətlərində, eləcə də Stavropolda atəşfəşanlıq olmayacaq.

Bir il əvvəl təhlükəsizlik səbəbiylə Krım və Sevastopolda, həmçinin Belqorod, Kursk və Bryansk vilayətlərində paradlar ləğv edilmişdi.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm