Rusiyada hərbi təyyarə qəzaya uğradı - VİDEO
Bizi izləyin

MDB

Rusiyada hərbi təyyarə qəzaya uğradı - VİDEO

Stavropol diyarının Krasnoqvardeyski rayonunda Rusiya Hərbi Hava Qüvvələrinə məxsus "Tu-22M3" strateji bombardmançı təyyarə qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladimir Vladimirov məlumat verib.

“Təyyarə Krasnoqvardeyski rayonu ərazisindəki əkin sahəsinə düşüb. Əməliyyat məlumatlarına görə, dağıntı və tələfat olmayıb, pilotlar xilas olublar”, - o bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı məlumatlar dəqiqləşdirilir. Vladimirov yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə və rəsmi məlumatlardan istifadə etməyə çağırıb.

Qubernator təyyarə qəzasının səbəblərini açıqlamayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm