Zelenskinin səlahiyyət müddətinin başa çatması... - Peskov
Bizi izləyin

MDB

Zelenskinin səlahiyyət müddətinin başa çatması... - Peskov

Ukrayna prezidenti Volodimir Zelenskinin səlahiyyət müddətinin başa çatması “xüsusi hərbi əməliyyata” təsir etməyəcək.

Publika.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Ukrayna ordusu Rusiyanın bəzi şəhərlərinə hücumlar təşkil edir. Bu səbəbdən Rusiya ordusu Ukraynada təhlükəsizlik zonası yaratmağa davam edir”, - Peskov əlavə edib.

Qeyd edək ki, 2019-cu ildə Ukraynada keçirilən prezident seçkilərində qalib gələn Zelenskinin 5 illik səlahiyyət müddəti bu gündən başa çatır.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm