Putin bu türk dövlətinə gedir: Prezidentə zəng etdi
Bizi izləyin

MDB

Putin bu türk dövlətinə gedir: Prezidentə zəng etdi

Rusiya prezidenti Vladimir Putin Özbəkistanın rəhbəri Şavkat Mirziyoyevə zəng edərək, onunla bu ölkəyə gözlənilən səfərini müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyası Prezidentinin Özbəkistan Respublikasına qarşıdan gələn dövlət səfərinə hazırlığın gedişi müzakirə edilib. Bu kontekstdə ikitərəfli əməkdaşlığın, o cümlədən ticarət-iqtisadi sahədə daha da inkişaf etdirilməsi ilə bağlı bir sıra praktiki məsələlərə toxunulacaq”, - məlumatda deyilir.

Qeyd olunur ki, dövlət başçıları Putinin Çinə son səfərini də müzakirə ediblər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm