Zelenski Rusiyanı vurmaq üçün onlardan icazə istədi - Kremldən reaksiya
Bizi izləyin

MDB

Zelenski Rusiyanı vurmaq üçün onlardan icazə istədi - Kremldən reaksiya

Ukrayna prezidenti Volodimir Zelenski Qərb tərəfdaşlarından Rusiya ərazisinə Qərb istehsalı olan silahlarla hücum etmək üçün icazə istəyib.

Publika.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bunu “Ukrayna ordusunun yaratdığı isteriyanın” nəticəsi kimi qiymətləndirib.

“Kiyev rejiminin bəzi nümayəndələri, xüsusən də Zelenski son günlər çoxlu bəyanatlar verib və bunu edərkən faktiki olaraq isterik mövqe nümayiş etdiriblər. Bu, Ukrayna ordusunun münaqişə zonasında son dərəcə çətin vəziyyəti ilə bağlıdır”, - Peskov bildirib.

O, Qərbin davamlı hərbi yardımına baxmayaraq, meydanda dinamikanı dəyişdirməyin mümkün olmadığı anlayışının getdikcə artdığını qeyd edib: “Bu, Kiyev rejiminin nümayəndələrinin qərarlarına inam yaratmır. Rusiya mülki obyektlərin qeyri-insani bombardmanlarına cavab olaraq hərbi əməliyyatlarını davam etdirir”.

ABŞ mətbuatında yer alan xəbərə görə, Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətində irəliləməsi davam edir. Buna cavab olaraq Kiyev Ağ Evə təzyiq edir ki, Rusiyanı ABŞ silahları ilə vurmağa icazə alsın, Vaşinqton isə buna qarşı çıxır.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm