Rusiyanın müharibədə itirdikləri - Yarım milyona çatdı
Bizi izləyin

MDB

Rusiyanın müharibədə itirdikləri - Yarım milyona çatdı

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə ölən və yaralanan əsgərlərinin sayı 499 mini keçib. Təkcə son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri 1240 canlı qüvvə, 27 zirehli döyüş maşını və 13 tankı məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook"da paylaşım edib.

Məlumata əsasən 24.02.22-ci ildən 24.05.24-cü ilə qədər Rusiyanın ümumi döyüş itkiləri təxminən belədir:

  • personal - təxminən 498,940 (+1,240) nəfər,
  • tanklar - 7635 (+13) ədəd,
  • zirehli döyüş maşınları - 14.775 (+27) ədəd,
  • artilleriya sistemləri - 12 902 (+42) ədəd,
  • MLRS − 1,080 (+3) vahid,
  • hava hücumundan müdafiə sistemləri - 813 (+0) ədəd,
  • təyyarə - 356 (+1) ədəd,
  • helikopterlər - 326 (+0) ədəd,
  • Əməliyyat-taktiki səviyyəli PUA - 10.401 (+10) ədəd,
  • qanadlı raketlər - 2209 (+0) ədəd,
  • gəmilər/qayıqlar - 27 (+0) ədəd,
  • sualtı qayıqlar - 1 (+0) ədəd,
  • avtomobil avadanlığı və yük maşınları - 17 569 (+56) ədəd,
  • xüsusi texnika - 2101 (+7) ədəd.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm