Məhkəməyə gələn general: Şoudur? – Bəli, növbəti
Bizi izləyin

MDB

Məhkəməyə gələn general: Şoudur? – Bəli, növbəti

Rusiyada 58-ci Ordunun keçmiş komandanı, general-mayor İvan Popov həbsindən verilən şikayətə baxılması üçün 2-ci Qərb Dairə Hərbi Məhkəməsinə gəlib.

Publika.az xəbər verir ki, bu barədə “İzvestiya” özünün Telegram kanalında məlumat yayıb.

O, jurnalistləri bu sözlərlə qarşılayıb: “Şoudur? Bəli, növbəti".

Mayın 24-də general-mayora qarşı irəli sürülən ittihamlar məlum olub. Hərbçiyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (“Dələduzluq”) ilə cinayət işi başlanıb. O, xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə oğurluqda ittiham olunur. Popov günahını etiraf etmir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm