Tarix
Ermənilərin “məğlubedilməzlik” mifini darmadağın edən ORDU: 44 günlük müharibədə də...
Milli silahlı qüvvələrin formalaşması prosesi ötən əsrin əvvəllərindən başlayıb. Xalq Cümhuriyyətinin süqutu ilə ölkəmizdə ordu quruculuğu prosesi də dayandı. Müstəqillik illərində isə ordu quruculuğu prioritet olub. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Sözügedən qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi qürurvericidir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.
Qeyd edək ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur. Odur ki, Publika.az olaraq bu münasibətlə hərbi jurnalist, müharibə iştirakçısı, yazıçı, polkovnik-leytenant İbrahim Rüstəmli ilə söhbətləşdik.
“Azərbaycan Ordusu çox ağır və çətin yol keçib”
Azərbaycan Ordusu II Qarabağ müharibəsində həm döyüşürdü, həm də özünü formalaşdırırdı. 1990-cı illərin əvvəlindən bu günə kimi Azərbaycan Ordusu çox şərəfli yol keçib. Bu yolda bir çox problem və əngəllərlə rastlaşdıq. Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da incə siyasət yeridilməsində Heydər Əliyevin şəxsi keyfiyyətlərini qiymətləndirməmək olmaz. Heydər Əliyev Bakıya dəvət olunanda Azərbaycan Ordusunda ağır böhran mövcud idi. Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərində qurulması və qısa müddət ərzində yeni ordunun formalaşdırılması başlıca şərtlərdən idi. Bu sahədə mövcud olan problemlər son dərəcə çoxşaxəli idi.
“Heydər Əliyevin rəhbərliyi altında bu çətin yolu keçdik”
Müəyyən hallarda qeyri-adekvat tədbirlərin həyata keçirilməsi zərurəti də son dərəcə aktual idi. Lakin bu problemlər də həll edildi. Heydər Əliyev Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi. Qısa müddət ərzində güclü və təşkilatlanmış ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni baxış formalaşdırıldı. Nəticədə ordumuz Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevrildi.
“Ölkə başçısı tərəfindən hər il ordu quruculuğu üçün ayrılan vəsait artırılır”
20 ildən çoxdur ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hakimiyyətdədir. İlham Əliyev ilk gündən ordu quruculuğuna xüsusi diqqət edib. Torpaqlarımız işğal altında olanda da, indi də hər zaman sülh tərəfdarı olub. Ölkə başçısı tərəfindən hər il ordu quruculuğu üçün ayrılan vəsait artırılır, bununla yanaşı ordumuz günü-gündən inkişaf edir. Bütün bunlar ordu məsələsini stimullaşdırır. Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına və müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
“Azərbaycan Ordusu daim inkişafdadır”
Əlaqə qurduğumuz ölkələr çox güclüdürlər. Azərbaycan Ordusu dünyanın 30-dan çox ölkəsi ilə bir, iki və daha çoxtərəfli hərbi əlaqələr qurub. Bu əlaqələrin ən önəmli tərəfi odur ki, həmin ölkələr çox inkişaf ediblər. İkincisi, həmin ölkələrin cəbhəxanası çox güclüdür. Azərbaycan 30 il ərzində həmin ölkələrlə hərbi təlimlərdə iştirak edib. Eyni zamanda Azərbaycan bir çox hərbi sərgilərdə də təmsil olunub. Ölkəmiz dünya təcrübəsinə baxaraq, ordu sahəsində çox inkişaf edir. Yeni texnikalar gətirilib. Burada əsas məqam isə yeni texnikanı idarə edə biləcək canlı qüvvə idi. Ordumuz bunun üçün də çox çalışıb. Nəticədə bacarıb. Milli Məclisin 2010-cu il 8 iyun tarixli qərarı ilə qəbul edilən 8 fəsil və 75 maddədən ibarət olan Hərbi Doktrina Azərbaycanın milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsidir. Doktrina Azərbaycanın milli və dövlət maraqlarına tam cavab verir. Zəruri və səmərəli müdafiə yetərliyi prinsipinə əsaslanan bu sənəddə təkcə hərbi sahədə deyil, siyasi, iqtisadi, humanitar sahələrdə də müdafiə sisteminin əsasları öz əksini tapıb.
“44 günlük müharibədə Azərbaycan dövlət və xalqı birlikdə idi”
44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın yüzlərlə, minlərlə gənci ordu sıralarına qoşuldu. Onların hər biri qəhrəmanlıq nümunəsi sərgilədilər. Antiterror tədbirlərinə gəlincə, bu, çox incə bir xətt idi. O qədər incə idi ki, həmin tədbir zamanı bir nəfər mülki şəxsin belə, burnu qanamadı. Azərbaycan Ordusu bütün hallarda çox böyük peşəkarlıq göstərdi. Müharibə ərəfəsində təkcə Ermənistanla yox, bütün dünya ilə döyüşürdük. Təbii ki, burada da istisnalar var. Bu gün Azərbaycan Ordusu dünyada müzakirə edilən və öyrənilən ordudur. 44 günlük müharibədə də bunu sübut etdik. Döyüş qabiliyyətimizi hər kəsə göstərdik. Artıq ordu reytinqimiz dünya miqyasında xeyli qabaqdadır. 2020-ci ilə qədər Ermənistan öz ordusunu şar və sabun köpüyü kimi şişirtmişdi. Azərbaycan Ordusu isə ermənilərin “məğlubedilməz ordu” mifini darmadağın etdi.
Hesab edirəm ki, ordumuza diqqəti daha da gücləndirməliyik. Bu gün orduda olan hər kəs xalqı, gələcəyi qoruyur. Ümid edirəm ki, Azərbaycan Ordusu daha çox zirvələr qət edəcək. Ordumuzun daha böyük uğurlarına şahidlik edəcəyik. Sonda 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bütün xalqı ürəkdən təbrik edirəm. Çünki ordumuzun inkişafı xalqın verdiyi töhvələrə bağlıdır.
Aysel Şahmar
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanıb.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO