Rusiyadan Zelenskinin “sülh formulu”na reaksiya gəldi: Ultimatumdur
Bizi izləyin

MDB

Rusiyadan Zelenskinin “sülh formulu”na reaksiya gəldi: Ultimatumdur

Rusiyanın Zelenskinin “sülh formulu”nu müzakirə etməyə əsası yoxdur.

Publika.az xəbər verir ki, Rusiyanın BMT -dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi “sülh formulu”na münasibət bildirərkən belə deyib.

Polyanski Zelenskinin “sülh formulu”nu tənqid edib və Rusiyanın bunu müzakirə etmək üçün heç bir əsasının olmadığını vurğulayıb.

Diplomat qeyd edib ki, Kiyev rejiminin digər tərəflərlə müzakirə etməyə hazır olduğu yeganə platforma tamamilə qeyri-real və arzuya əsaslanan, Ukraynanın Rusiyanı məğlub etməyə qadir olduğu fikrinə əsaslanan “Zelenski formulu”dur.

Onun sözlərinə görə, belə şərtlər ultimatumdur.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm