MDB
Rəqəmlər dəyişdi: Ruslar Putinə güvənir? - SORĞU
Rusiyalıların 75,8 faizi prezident Vladimir Putinin fəaliyyətini bəyənir, 78,5 faizi isə ona güvənir.
Publika.az xəbər verir ki, bu məlumatları Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTsIOM) dərc edib.
Analitiklər həmçinin Rusiya sakinləri arasında baş nazir Mixail Mişustinə münasibət ilə bağlı sorğu keçiriblər. Respondentlərin 53,5 faizi onun hökumətin sədri kimi fəaliyyətini bəyəndiyini, 61,5 faizi etimad göstərdiyini bildirib.
VTsIOM sorğunu oktyabrın 14-dən 20-dək aparıb. Sorğuda Rusiyanın 1,6 min yetkin vətəndaşı iştirak edib.
Mütəxəssislər mobil nömrələrin tək əsaslı təsadüfi nümunəsindən istifadə edərək telefonla müsahibə aparıblar.
Ötən həftə oxşar sorğunun nəticələri İctimai Rəy Fondu tərəfindən dərc edilib. Onun nəticələrinə görə, respondentlərin 78 faizi dövlət başçısına etimad göstərib, 79 faizi onun fəaliyyətini müsbət qiymətləndirib.
Adəm Abbaslı
-
Nəqliyyat09:59
Bakı metrosunda nə baş verir? - RƏSMİ AÇIQLAMA
-
ABŞ09:45
Trampın seçicilərlə görüşü zamanı Melania amerikalıları şoka saldı: Qəfildən...
-
Sosial09:38
Ağadadaş Ağayevin işi məhkəmədə - 5 ilə kimi həbs
-
ABŞ09:00
ABŞ-da FACİƏ: senator boş hovuza düşərək ÖLDÜ
-
Dünya07:47
Güclü zəlzələ daha bir ölkəni YERİNDƏN OYNATDI
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Sosial05:45
Azərbaycana ət idxalı kəskin artıb, qiymət isə...
-
Magazin104:14
Ölüm xəbəri yayılan Ruslan canlı yayımda AĞLADI - VİDEO