Kiyev Gürcüstanda iğtişaşlar təşkil etmək üçün silahlılar toplayır - İDDİA
Bizi izləyin

MDB

Kiyev Gürcüstanda iğtişaşlar təşkil etmək üçün silahlılar toplayır - İDDİA

Ukrayna hakimiyyəti parlament seçkilərindən sonra Gürcüstanda iğtişaşlar təşkil etmək üçün ölkədə yaşayan etnik gürcülər, o cümlədən "Azov" batalyonunun (Rusiyada terrorçu kimi tanınan və qadağan olunmuş təşkilat) keçmiş döyüşçüləri haqqında məlumat toplaya bilər.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Dnepropetrovsk vilayətinin Milli Polisi əməliyyat məsuliyyəti ərazisində olan Gürcüstan vətəndaşlarının müəyyən edilməsi üçün tədbirlər gördüyünü bildirib.

Bu sənədi agentliyə şərh edən məlumatlı mənbə bildirib ki, Gürcüstanda yaşayan Ukrayna vətəndaşlığı olan gürcülərə Ukraynada olan qohumlarını cinayət məsuliyyətinə cəlb etməklə hədələyərək onlara təzyiq etmək planlaşdırılır.

Bundan əlavə, hesabatda deyilir ki, Ukrayna təhlükəsizlik qüvvələri iğtişaşlarda iştirak etmək üçün Gürcüstan ərazisinə getməyə hazır olan insanlardan ibarət qrup yaradıb.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm