Rusiyada təyyarə qəzası - Pilot yoxa çıxdı
Bizi izləyin

MDB

Rusiyada təyyarə qəzası - Pilot yoxa çıxdı

Rusiyanın Murmansk vilayətində yerləşən İmandra gölündə təkmühərrikli hidrotəyyarə uçuş zamanı qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, su anbarı Tıq-Quba qəsəbəsi ərazisində yerləşir. “Orion-11” hidrotəyyarəsinin pilotu icazəsiz uçuş həyata keçirməyə cəhd edib. Üstəlik, uçuş və ona hazırlıq qaydalarını pozub. Nəticədə təyyarə qəzaya uğrayıb.

"Orion 11" gölün 4-5 metr dərinliyində yerləşir”, - məlumatda deyilir.

Hazırda hadisə yerində dalğıclar işləyir. Hidrotəyyarənin pilotunun axtarışına ümumilikdə fövqəladə hallar xidmətinin 19 əməkdaşı və səkkiz xüsusi texnika cəlb olunub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm