Qazaxıstanda hidrotəyyarə belə qəzaya uğradı - ANBAAN VİDEO
Bizi izləyin

MDB

Qazaxıstanda hidrotəyyarə belə qəzaya uğradı - ANBAAN VİDEO

Hidrotəyyarə Qazaxıstan ərazisində yerləşən Alakol gölünə düşüb.

Publika.az xəbər verir ki, bu barədə ORDA məlumat yayıb.

Bildirilib ki, təyyarənin göyərtəsində iki nəfər olub. Hadisə yerinə gələn həkimlər kişinin vəziyyətini ağır, qadının vəziyyətini isə orta ağır qiymətləndiriblər.

“103-cü briqada onları Üşaraldakı xəstəxanaya aparır”, - məlumatda deyilir.

Qey edilib ki, hidrotəyyarə özəldir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şəxsiyyəti müəyyən edilən sahibi cihazı icarəyə verib.

Adını açıqlamayan mənbənin portala verdiyi məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub. Təyyarənin idarəetmə sistemi sıradan çıxdıb və bu, hidrotəyyarənin kəskin yuvarlanmasına səbəb olub. Bundan sonra o, çevrilərək gölə düşüb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm