Rusiyada "Google", "Android" və "iOS" da bloklanacaq
Bizi izləyin

MDB

Rusiyada "Google", "Android" və "iOS" da bloklanacaq

Rusiyada tezliklə Google, Android və iOS da bloklanacaq.

Publika.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Aleksey Didenko bildirib.

Deputat vurğulayıb ki, dövlət qulluqçularına və məmurlara, xüsusilə məxfi məlumatlara çıxışı olanlara çoxdan bu platformalardan istifadə etmək qadağan edilib.

Xatırladaq ki, Kreml rusiyalılar üçün "YouTube"u tamamilə bağlamağı planlaşdırır.

Bildirilib ki, bloklanma prosesi iki mərhələdə həyata keçiriləcək. Oktyabr ayına qədər videohostinqin işinin yavaşladılması və sonra isə tam bloklanma olacaq.

Qərar siyasi xarakter daşıyır və "YouTube" administrasiyasına qarşı yönəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm