Türkiyədə elan etdilər: Ukrayna bu tarixdə təslim olacaq
Bizi izləyin

MDB

Türkiyədə elan etdilər: Ukrayna bu tarixdə təslim olacaq

Ukrayna Rusiya ilə münaqişədə ən çox 2025-ci ilin sonuna qədər dayana biləcək.

Publika.az xəbər verir ki, bunu türkiyəli analitik, Vətən Partiyasının üzvü Orçun Göktürk “RİA Novosti” yə bildirib.

O vurğulayıb ki, ölkənin siyasi çöküşü hərbidən daha sürətli ola bilər.

“Nəhayət, Kiyev və onun Qərb hərbi liderləri sual verəcəklər: “Biz nə vaxt danışıqlar masasına oturacağıq?” Bu, Rusiya və Ukrayna arasında hərbi güc balansının getdikcə daha çox Ukrayna ordusuna qarşı əyilməsi ilə bağlıdır”, - o qeyd edib.

Türkiyəli siyasətçi rəsmi Kiyevin hərbi xidmətə çağırış yaşını 25-ə endirdiyini də xatırladıb. Ekspertin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin bütün təcrübəli və elit hərbi hissələrini itirdiyini, ordunun döyüş qabiliyyətinin kəskin şəkildə aşağı düşdüyünü nəzərə alsaq , o zaman Kiyev hakimiyyəti maksimum 2025-ci ilin sonuna qədər dözə biləcək.

Bundan əvvəl Ukrayna prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin bildirib ki, Ukraynada vətəndaş müharibəsi hələ 2024-cü ilin payızında başlaya bilər.

Öz növbəsində ABŞ Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında məğlubiyyətdən qaça bilməyəcəyini bəyan edib. “Ukrayna Silahlı Qüvvələri dağılmadan Ukraynada istənilən nizamlanma demək olar ki, mümkün deyil”,- politoloq Con Mearsheimer deyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm