Ukrayna Kurskun bu qədər yaşayış məntəqəsini ƏLƏ KEÇİRİB
Bizi izləyin

MDB

Ukrayna Kurskun bu qədər yaşayış məntəqəsini ƏLƏ KEÇİRİB

"Ukrayna Kursk vilayətində 74 yaşayış məntəqəsini nəzarətə götürə bilib. Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin irəliləməsi davam edir".

Publika.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin Ukrayna prezidenti Volodimir Zelenskiyə məruzəsində bildirilib.

Ukrayna dövlətinin başçısı bildirib ki, Sırski ilə daim əlaqə saxlayır. Ümumilikdə cəbhədəki vəziyyət və Kursk vilayətində Ukrayna əməliyyatı haqqında məlumat verilir.

Sırski Zelenskiyə deyib ki, bu gün Kursk vilayətində ukraynalı müdafiəçilər müəyyən istiqamətlərdə 1 kilometrdən 3 kilometrə qədər irəliləyə biliblər. 40 kvadrat kilometr ərazi nəzarətə götürülüb.

"Bu gün bütün cəbhə boyu 74 yaşayış məntəqəsində döyüşlər gedir, hərbi əməliyyatların yüksək intensivliyinə baxmayaraq, əməliyyatı davam etdiririk”, - Sırski deyib.

Zelenski isə Ukrayna hərbçilərinə “mübadilə fondunu” doldurduqlarına görə təşəkkür edib, çünki bu, hərbi əsirlərin mübadiləsinə imkan verəcək.

Xatırladaq ki, Ukrayna yalnız dünən, avqustun 12-də öz döyüşçülərinin Kursk vilayəti ərazisinə daxil olduğunu rəsmən təsdiqləyib. Bunu prezident Volodimir Zelenski Ali Baş Komandanlığın qərargahının məruzəsinə əsasən deyib.

Qeyd edək ki, Rusiya regionu ərazisində əməliyyatın özü bir həftədən çox əvvəl başlayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm