Putin BRİKS biznes forumuna qoşulub
Bizi izləyin

MDB

Putin BRİKS biznes forumuna qoşulub

Rusiya prezidenti Vladimir Putin plenar iclasda iştirak etmək üçün BRİKS biznes forumuna gəlib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" xəbər yayıb.

Putinin BRİKS biznes forumunun plenar iclasında çıxış edəcəyi bildirilir. Rusiya prezidenti həmçinin Rusiyanın Birbaşa İnvestisiya Fondu (RDIF) ilə BRİKS arasında əməkdaşlığa və süni intellektin inkişafına həsr olunmuş sərgiyə də baxıb.

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat vermişdi ki, Putin oktyabrın 18-də biznes forumda çıxış edəcək. O, forumun BRİKS sammitinin tərkib hissəsi olduğunu vurğulayıb.

Rusiya lideri BRİKS ölkələrinin media rəhbərləri ilə də görüşəcək. Kremlin məlumatına görə, Rusiyanı tədbirdə “Rossiya seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselev təmsil edəcək.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm