Tokayevdən xəbərdarlıq: Bunu etməsək, Ukraynada dəhşət yaşanacaq
Bizi izləyin

MDB

Tokayevdən xəbərdarlıq: Bunu etməsək, Ukraynada dəhşət yaşanacaq

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ukraynadakı münaqişə ilə bağlı açıqlama verib.

Publika.az TASS-a istinadən xəbər verir ki, o vurğulayıb ki, münaqişənin həlli üçün danışıqlardan başqa yol yoxdur, çünki hərbi əməliyyatların davam etdirilməsi uçuruma aparan yoldur.

“Qazaxıstan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli variantlarını axtarmağı zəruri hesab edir”, - Tokayev bildirib.

O izah edib ki, əgər bu edilməsə, Ukraynada “dəhşətli müharibə” davam edəcək. Qazaxıstan lideri belə bir ssenaridə maraqlı olanlar barədə də fikir bildirib.

Tokayev həmçinin qeyd edib ki, Ukraynadakı vəziyyət kontekstində sülh istəyi zəiflik əlaməti deyil, strateji ehtiyatlılıq deməkdir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm