Azad edilmiş rusiyalı əsirlər vətənə qayıtdılar - VİDEO
Bizi izləyin

MDB

Azad edilmiş rusiyalı əsirlər vətənə qayıtdılar - VİDEO

Ukrayna əsirliyindən azad edilən rus hərbçiləri vətənlərinə qayıdıblar.

Publika.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Telekanalın məlumatına görə, hərbçilərin olduğu təyyarə qaranlıqda Moskva vilayətinə enib. Aerodromda onları avtobuslar və hərbi yol polisi maşınları qarşılayıb.

Xatırladaq ki, oktyabrın 18-də Rusiya Federasiyası və Ukrayna arasında 95-95 formatında əsir mübadiləsi aparılıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ilk olaraq bütün azad edilmiş rusiyalı məhbuslar Belarusa aparılıb, orada onlara lazımi tibbi yardım göstərilib və onlarla qohumları ilə əlaqə saxlamaq imkanı yaradılıb.

Humanitar vasitəçilik səyləri münaqişə zamanı Moskva və Kiyevə 2184 nəfərin mübadiləsinə kömək edən Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təmin edilib. Əvvəlki əsir mübadiləsi sentyabrın 14-də baş tutub: daha sonra danışıqlar prosesi nəticəsində Kursk vilayətində əsir götürülmüş 103 hərbi qulluqçu Rusiyaya qaytarılıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm