Qardaş ölkədə GÜCLÜ YANĞIN: 45 uşaq...
Bizi izləyin

MDB

Qardaş ölkədə GÜCLÜ YANĞIN: 45 uşaq...

Qazaxıstanın Atırau şəhərində yerləşən "Baizaar" ticarət və əyləncə mərkəzində yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə respublika Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bina Bəxtiqirey Kulmanov küçəsində yerləşir.

“Bu anlarda yanğınsöndürənlər ticarət mərkəzində anğını söndürürlər. Ziyarətçilər təxliyə edilir”, - məlumatda deyilir.

Yerli "Atyrau Online" internet nəşrinin məlumatına görə, xilasedicilər indiyədək yanğın mərkəzindən 80 nəfəri xilas ediblər. Onların arasında 45 uşaq da var.

Hazırda fövqəladə hallar baş verən yerdə 90 təcili yardım xidmətinin əməkdaşı işləyir. Həmçinin yanğının söndürülməsinə 12 texnika cəlb olunub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm