Putin Çinlə birlikdə yüksək səviyyəli festival yaratmaq istəyir
Bizi izləyin

MDB

Putin Çinlə birlikdə yüksək səviyyəli festival yaratmaq istəyir

Rusiya Prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpinlə danışıqlar zamanı iki dövlət arasında mədəni əməkdaşlıq imkanlarını müzakirə edib.

Publika.az xəbər verir ki, ölkə lideri bu barədə Pavel Zarubinə müsahibəsində məlumat verib.

O bildirib ki Çin lideri kinematoqrafçılar arasında daha sıx əməkdaşlıq təklif edib və böyük mahnı müsabiqəsi yaratmaq mövzusu da gündəmə gəlib.

"İntervision"a bənzər yüksək səviyyəli festival yaratmaq ideyası da var. Bir vaxtlar biz bunu təklif etmişdik, çinli dostlarımız bunu dəstəkləmişdi”", - deyə Putin bildirib

"İntervision" pop mahnı müsabiqəsi "Eurovision" kimi 1965-1980-ci illərdə keçirilib. Müsabiqədə sosialist bloku ölkələri iştirak edirdi. "Kommersant" qeyd edir ki, eyni zamanda Çin festivalda iştirak etməyib .

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm