MDB
Rusiya onları geri qaytarmağı düşünür
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, xarici avtomobil istehsalçıları Rusiya bazarına qayıdanda yerli şirkətlərin və avtomobil həvəskarlarının maraqları dövlət üçün prioritet olacaq.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Kreml nümayəndəsinin sözlərinə görə, söhbət bir tərəfdən istehlakçıların daha az pul müqabilində daha keyfiyyətli mal almasının vacib olduğu, digər tərəfdən isə dövlətin unutmamağa borclu olduğu incə balansdan gedir.
Yapon və Avropa avtomobillərinin Rusiya bazarına qaytarılması perspektivlərindən danışan Peskov, sanksiyalar tətbiq edən ölkələrin lazım gələrsə, öz maraqlarından çıxış edərək, bu məhdudiyyətləri siyahıdan çıxarmaq üçün lisenziyalar verdiklərinə diqqət çəkib. Eyni zamanda, o qeyd edib ki, Aİ-dən hələlik müvafiq bəyanatlar daxil olmayıb.
Qeyd edək ki, artıq Yaponiya Rusiyaya yumşaq hibridlərin ixracına icazə verən sanksiyalar məhdudiyyətlərində boşluqlar tapıb. Bunun sayəsində "Honda", "Suzuki", "Mazda", "Mitsubishi", "Nissan", "Mercedes" və "Audi" konsernlərindən bəzi elektrik avtomobillər Rusiyaya gəlməyə başlayacaq.
Adəm
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)














.jpg)