MDB
Rusiya və Çindən mühüm qərar: Bu məsələdə razılığa gəlindi
Rusiya və Çin münasibətləri inkişaf etməkdə davam edir. İki ölkə arasında dəniz ticarətini növbəti səviyyəyə çıxarmaq üçün yaradılmış yeni komissiya ilk iclasını keçirib.
Publika.az xəbər verir ki, Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom”un baş direktoru Aleksey Lixaçev və Çin Xalq Respublikasını təmsil edən nəqliyyat naziri Liu Vey Şimal Dəniz Yolu (ŞDY) Əməkdaşlıq Alt Komitəsinin hazırlıq komissiyasının iclasında iştirak edib.
Lixaçev iclasın açılış nitqində bildirib ki, Alt Komissiyanın gələcək fəaliyyəti üçün zəmin yaradılıb:
“Alt Komissiyanın ilk iclasını keçirsək də, ölkələrimiz arasında dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı bir sıra xüsusi sazişlər imzalamışıq. Digər mühüm məsələlər üzrə də çox məhsuldar əməkdaşlığı inkişaf etdiririk”.
Çinin nəqliyyat naziri Liu Vey bəyan edib ki, hər iki tərəf birgə işlərlə bağlı bir sıra mühüm məsələlərdə razılığa gəlib.
Qeyd edək ki, Alt Komissiyanın yaradılması haqqında qərar bu ilin mayında Rusiya prezidenti Vladimir Putinin 2023-cü ildə Çinə dövlət səfərinin və Çin sədri Si Tsinpinlə görüşünün yekunlarına əsasən elan edilib.
Aysel Şahmar
-
ABŞ02:43ABŞ-ı könüllü tərk edən miqrantlara bu qədər pul veriləcək - Məbləğ ARTIRILDI
-
MDB02:19Rusiya bu ölkədən diplomatlarını TƏXLİYƏ EDİR
-
Qoroskop01:40Günün ulduz falı: Gələcək planlarınızda daha cəsarətli olun!
-
Dünya00:55Netanyahu İranı HƏDƏLƏDİ
-
Hadisə00:35Anar Məmmədxanovun ailəsinə AĞIR İTKİ
-
Hadisə22 Dekabr 20:48Azərbaycanda hakim dəhşətli yol qəzasında öldü - FOTO
-
Region22 Dekabr 20:24Türkiyə rəsmən açıqladı: İstanbul-İrəvan-İstanbul uçuşları bu tarixdən başlayır
-
MDB22 Dekabr 20:00Paşinyan Putin ilə görüşündə Azərbaycanla sülhdən danışdı - YENİLƏNDİ

























