MDB
Rusiya limanına dron hücumu: Körpü və gəmilər zədələndi
Dekabrın 22-nə keçən gecə Ukrayna dronları Rusiyanın Krasnodar diyarında yerləşən Taman limanına hücum edib.
Publika.az xəbər verir ki, hücum nəticəsində iki körpü və iki gəmi zədələnib. Gəmilərdə olan şəxslər dərhal təxliyə edilib. Regional əməliyyat qrupunun məlumatına görə, ekipaj üzvləri və sahil işçiləri arasında xəsarət alan olmayıb.
Eyni zamanda, körpülərdə yanğınlar baş verib. Hadisə yerinə cəlb olunan xilasedicilər alovu söndürmək üçün tədbirlər görüblər. Vurulan dronların qalıqları liman terminallarından birində yerləşən boru xəttinə də ziyan vurub.
Məlumata görə, hücum zamanı azı 10 partlayış səsi eşidilib, bundan sonra ərazidə güclü yanğın baş verib. Rusiya Müdafiə Nazirliyi bildirib ki, gecə ərzində Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən altı Ukrayna dronu məhv edilib. Onlardan üçü Krasnodar diyarı, ikisi isə Qara dəniz üzərində vurulub.
Qeyd edək ki, dekabrın 21-i axşam saatlarında Rusiya Müdafiə Nazirliyi daha 35 Ukrayna dronunun vurulduğu açıqlamışdı.
Adəm
-
MDB16:56Putin Omskda Tokayevlə görüşdü - VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı
-
ABŞ15:46Tramp: "Mən gedəndən sonra hamınız müflis olacaqsınız..."
-
MDB14:14Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi




















.jpg)













