Sosial
Bakıda siqaret satışı məhdudlaşdırıldı - Qiymətlər kəskin yüksəldi
Paytaxtda bəzi market və köşklərdə siqaret satışı məhdudlaşdırılıb.
Publika.az Bizim.Media-a istinadən xəbər verir ki, bu barədə supermarketlərin kassirlərinə xəbərdarlıq edilib.
Belə ki, müştərilərə eyni siqaretdən bir paket, israr ediləcəyi təqdirdə maksimum iki paket satmaq tapşırılıb.
Bu addımın atılması şirkətlərin satışı dayandırması ilə əlaqələndirilib. Problemin yanvarın 6-dək davam edəcəyi gözlənilir.
Onu da qeyd edək ki, qıtlıq səbəbindən paytaxtın bir sıra köşklərində siqaretlər vitrinlərdən yığışdırılıb və qiymətlər kəskin artırılıb. Belə ki, 4.80 manata təklif olunan "Sobranie” siqaretinin qiyməti bu gündən etibarən 5.50 manata yüksəlib. Digər siqaretlərin də qiymətində 15-20 faiz artım var. Üstəlik, həmsöhbət olduğumuz satıcılar qiymətin daha da yüksələcəyini qeyd ediblər.
Qeyd edək ki, məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.
-
İdman12:30Corcina Ronaldo ilə toyu və brilliant üzük haqqında danışdı: Ən kiçik hədiyyə budur - FOTOLAR
-
Sosial11:57Gültəkin Sadıqova azadlığa buraxıldı
-
Dünya11:22Rusiyadakı partlayışda general həlak oldu: Ukrayna kəşfiyyatının işidir? - FOTO
-
Sosial11:01Bakıda siqaret satışı məhdudlaşdırıldı - Qiymətlər kəskin yüksəldi
-
Köşə09:26Qurban Qurbanovun deyə bilmədiyi həqiqət
-
Dünya08:49İran gözdən pərdə asır, hücuma keçəcək - İsrail ABŞ-ı məlumatlandırdı
-
Sosial08:102026-cı ilin turizm planları açıqlandı - Bakıdan Nabrana gəmi ilə...
-
Art05:15Şuşadan oğurlanan abidələr belə qaytarılıbmış - Sensasion əməliyyat

















.jpg)








