MDB
Paşinyan Putin ilə görüşündə Azərbaycanla sülhdən danışdı - YENİLƏNDİ
Sankt-Peterburqda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan sülh prosesinə verdiyi dəstəyə görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.
Publika.az xəbər verir ki, Paşinyan Putinlə görüşündə Bakı və İrəvan arasında münasibətlərin normallaşmasının Rusiya-Ermənistan əlaqələrinin inkişafına müsbət töhfə verəcəyini bildirib.
“Ermənistan və Azərbaycan arasında sülh prosesinə verdiyiniz dəstəyə görə sizə təşəkkür etmək istərdim. Avqustun 8-dən sonra telefon danışığımızda müzakirə etdiyimiz kimi, əldə edilən sülh Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yeni imkanlar açacaq”, – deyə Paşinyan vurğulayıb.
***
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Sankt-Peterburqda görüş keçirib.
Publika.az xəbər verir ki, ikitərəfli görüş Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa səfəri çərçivəsində baş tutub.
Görüşdə həmçinin regional nəqliyyat kommunikasiyalarının açılması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
-
MDB16:56Putin Omskda Tokayevlə görüşdü - VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı
-
ABŞ15:46Tramp: "Mən gedəndən sonra hamınız müflis olacaqsınız..."
-
MDB14:14Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi



















.jpg)














