ABŞ
ABŞ-ı könüllü tərk edən miqrantlara bu qədər pul veriləcək - Məbləğ ARTIRILDI
ABŞ administrasiyası ölkəni könüllü tərk edən qeyri-qanuni miqrantlar üçün mükafat məbləğini 3 min dollara qədər artırıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin daxili təhlükəsizlik naziri Kristi Noem "X" sosial şəbəkəsində bildirib.
Nazir bildirib ki, ödəniş cari ilin sonuna qədər deportasiya prosesi üçün ərizə verənlərə aiddir.
"Amerikanın vergi ödəyiciləri Milad mövsümündə qeyri-qanuni miqrantların ölkəni könüllü tərk etmələri üçün stimulu üç dəfə artırıblar. İlin sonuna qədər "CBP Home App" vasitəsilə özlərini deportasiya edən qeyri-qanuni miqrantlar 3 min dollar məbləğində bonus əldə edə biləcəklər", - o yazıb.
Nazirin sözlərinə görə, əvvəllər olduğu kimi, təyyarə biletləri də ABŞ hökuməti tərəfindən ödəniləcək. Bundan əlavə, onların miqrasiya qanunvericiliyini pozduğuna görə cərimə və digər sanksiyaları da silinəcək.
Qeyd edək ki, bu ilin yanvar ayından etibarən ABŞ-də 1,9 milyon qeyri-qanuni miqrant könüllü deportasiya imkanından istifadə edib.
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz










.jpg)








.jpg)

.jpg)
















