MDB
Bayden SÖZÜNÜ TUTDU: Ukraynaya 1 milyard dollara yaxın...
Pentaqon Ukraynaya 988 milyon dollar dəyərində növbəti hərbi yardım paketinin ayrıldığını açıqlayıb
Publika.az ABŞ KİV-nə istinadla xəbər verir ki, yeni paketə HIMARS reaktiv yaylım atəş sistemləri, pilotsuz uçuş aparatları üçün döyüş sursatları, həmçinin artilleriya sistemlərinin, tankların və zirehli texnikanın texniki xidməti və modernləşdirilməsi üçün ehtiyat hissələri daxildir. Əlavə dəstək prezidentin ixtisar sərəncamları (PDA) vasitəsilə təmin edilir.
Noyabrın 10-da Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ Prezidenti Co Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası Ukraynaya razılaşdırılmış yardım üçün 6 milyard dollar ayırmağa nail olmaq istəyir.
O vurğulayıb ki, Ukrayna prezidenti Volodimir Zelenskinin sentyabr ayında ABŞ-a səfəri zamanı Bayden Vaşinqtonun Konqres tərəfindən verilən bütün resursları vaxtında və tam şəkildə Kiyevə sərf etmək niyyətində olduğunu açıq şəkildə bildirib.
Hüseyn İbadlı
-
Rəsmi xronika15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir























.jpg)











