MDB
Lukaşenkodan VACİB AÇIQLAMA: "Putinlə danışmışam, Ukrayna olmadan..."
"Kiyevin iştirakı olmadan heç kim Ukraynada münaqişənin həlli məsələlərini həll etməyəcək".
Publika.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufala müsahibəsində deyib.
"Ukrayna məsələləri həll olunanda düşünürəm ki, Ukrayna olmadan heç kim bu məsələləri həll etməyəcək", - Lukaşenko deyib.
Belarus rəhbəri əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə son təmasları zamanı Rusiya lideri Ukrayna tərəfi ilə danışıqlara hazır olduğunu təsdiqləyib.
Lukaşenko Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlara ukraynalıların niyə dəvət edilmədiyini də açıqlayıb. Lukaşenko Putinin sözlərinə istinad edərək bildirib ki, orada müzakirə olunan məsələlər əsasən Rusiya-Amerika əməkdaşlığı məsələləridir, Ukrayna münaqişəsində isə sadəcə bəhs edilib.
Daha əvvəl "Asia Times" Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini Ukraynadakı münaqişənin həlli üçün birbaşa dialoqa çağırıb. Jurnalistlərin fikrincə, bu məsələdə çox şey iki ölkə liderləri arasında etimad səviyyəsindən asılı olacaq və qarşı tərəflər arasında vasitəçilik danışıqları nadir hallarda uğurlu olur.
Hüseyn İbadlı
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik






































