Dünya
Kremldən Ağ Evə xəyanət ittihamı: Moskva Ukrayna planının iflasa uğradığını etiraf etdi
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ı “Ankoric ruhu” adlandırılan razılaşma konsepsiyasına xəyanətdə ittiham ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, son üç gün ərzində Rusiya rəhbərliyində təmsil olunan bir neçə yüksəkvəzifəli şəxs ötən ilin avqustunda Donald Tramp ilə Vladimir Putin arasında Alyaskada keçirilən görüş zamanı əldə edildiyi iddia olunan öhdəliklərdən Vaşinqtonun geri çəkildiyini bəyan edib.
“Ankoric ruhu” və ya “Ankoric razılaşmaları” ifadəsi uzun müddət Rusiya diplomatiyasında Moskvanın Ukrayna ilə bağlı gözləntilərinin simvolu kimi təqdim olunurdu. Kreml bu anlayışla Tramp administrasiyasının əsas şərt kimi Donbasın tam şəkildə Rusiyanın nəzarətinə keçməsini dəstəklədiyi görüntüsünü yaratmağa çalışırdı. ABŞ isə belə bir razılaşmanın mövcudluğunu heç vaxt rəsmi şəkildə təsdiqləməyib.
Nəşr yazır ki, indi isə Rusiya tərəfi faktiki olaraq bu konsepsiyanın uğursuzluğunu etiraf edir. Yuri Uşakov bildirib ki, razılaşmalara yalnız Moskva sadiq qalıb, ABŞ isə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Onun sözlərinə görə, Rusiya artıq həmin şərtlərin həyata keçəcəyini gözləmir və yalnız öz məqsədlərinə fokuslanır.
Sergey Lavrov isə Alyaskadakı görüşü ABŞ-nin Ukrayna ordusunun yenidən silahlanması üçün vaxt qazanmağa yönəlmiş “hiylə” adlandırıb.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da Vaşinqtonun “fundamental razılaşmalardan” uzaqlaşdığını desə də, ABŞ ilə təmasların davam etdiriləcəyini vurğulayıb.
“Görürük ki, Vaşinqtonun kursu getdikcə ABŞ-ın ən yaxın Avropa müttəfiqləri - xüsusilə Böyük Britaniya və Fransanın həyata keçirdiyi sərt anti-Rusiya siyasətinə yaxınlaşır”, - deyə Ryabkov bildirib.
Beynəlxalq Böhran Qrupunun analitiki Oleg İgnatov isə hesab edir ki, bu açıqlamaların arxasında Kremlin ciddi məyusluğu dayanır. Onun fikrincə, Moskva ABŞ-ın vasitəçi rolunu oynayaraq müharibənin Rusiya üçün əlverişli şərtlərlə başa çatmasına yardım edəcəyinə ümid edirdi, lakin son aylarda Vaşinqtonun diqqəti başqa geosiyasi istiqamətlərə yönəlib.
Müəllif: Adəm
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?



































