MDB
Təyyarə qəzasına görə Rusiya məsuliyyət daşıyır - ICAO
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzaya uğramasına görə Rusiyanı məsuliyyət daşıdığını rəsmi olaraq elan edib.
Publika.az xəbər verir ki, bu barədə Niderland hökumətinin bəyanatında deyilir.
Bəyanata görə, Rusiya öz hərəkətləri ilə Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasını, xüsusilə də onun uçuş zamanı mülki hava gəmilərinə qarşı silah tətbiq etməyi qadağan edən müddəasını pozub.
Yaxın həftələrdə ICAO Şurası Rusiyanın zərəri necə ödəməli olduğu məsələsini nəzərdən keçirəcək.
Rusiyaya qarşı şikayəti ICAO-ya 2022-ci ilin martında Avstraliya və Niderland təqdim edib. Buna səbəb təyyarə qəzasında ölənlərin əksəriyyətinin bu ölkələrin vətəndaşlarının olmasıdır. 2024-cü ilin iyununda Rusiya bu işdə ICAO-nun səlahiyyətini tanımadığı üçün şikayətin baxılmasında iştirakını dayandırdığını açıqlayıb.
Avstraliya, Belçika, Malayziya, Niderland və Ukrayna nümayəndələrindən ibarət olan Beynəlxalq İstintaq Qrupu belə nəticəyə gəlib ki, təyyarə Rusiyadan gətirilmiş "Buk" ZRK ilə rusiyameyilli separatçılar tərəfindən vurulub. Niderlandda keçirilən məhkəmə 2022-ci ilin noyabrında qondarma Donetsk Xalq Respublikasının keçmiş “müdafiə naziri” İqor Strelkovu və daha iki nəfəri təyyarənin qəsdən vurulması və qəsdən adam öldürmə ittihamları ilə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib. İşin daha bir iştirakçısı isə bəraət alıb.
Xatırladaq ki, “Malaysia Airlines” şirkətinə məxsus "Boeing 777" təyyarəsi 2014-cü ilin iyulunda Ukrayna üzərində vurulub. Nəticədə 298 nəfər həlak olub. Bu təyyarə qəzası qurbanların sayına görə tarixdə ən böyük on qəza sırasına daxildir.
(Teleqraf)
-
Yaxın Şərq10:48Əraqçidən hədə dolu bəyanat: İsraillə əlbir olanlar məsuliyyət daşıyacaqlar
-
Rəsmi xronika10:27Prezident bu nazirliyə yeni müavin təyin edildi - FOTO
-
Kriminal09:36“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?
-
Dünya08:49Trampla Si Cinpinin salamlaşması gündəm oldu - Video
-
Sağlamlıq08:24Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı - Video
-
Dünya07:55"Epşteyn adası"nda gərginlik: Ərazinin yeni sahibi və çağırılmamış qonaqlar
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı









.jpg)
























.jpg)


