MDB
İtkin hesab olunan Ukrayna əsgərləri Rusiyada əsir imiş - FOTO/VİDEO
İstanbul müqavilələri çərçivəsində iyunun 12-də Ukrayna ağır yaralı və xəstə olan daha bir qrup əsgərini rus əsirliyindən geri qaytarıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı "Telegram"da Ukrayna prezident Vladimir Zelenski, Əsirlərlə Müalicə üzrə Koordinasiya Qərargahı, Ombudsman Aparatı və Dövlət Sərhəd Xidməti paylaşıb.
"Bu gün bizim ordunun əsgərləri, milli qvardiyaçılarımız, sərhədçilərimiz evdədir. Hər kəsin müalicəyə ehtiyacı var və onlara mütləq lazımi köməklik göstəriləcək. Bu, artıq ağır yaralı və ağır xəstələrin qaytarılmasının ikinci mərhələsidir", - deyə Zelenski çıxışı zamanı deyib.
Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin, o cümlədən Hərbi Dəniz Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin, Müdafiə Qoşunlarının, Təhlükəsizlik Xidmətinin, həmçinin Dövlət Sərhəd Xidmətinin və Ukrayna Milli Qvardiyasının hərbçiləri ölkələrinə qayıdıblar.
"İndi azad edilənlər arasında üç ildən artıq əsirlikdə olan Mariupolun müdafiəçiləri də var. Sərbəst buraxılan müdafiəçilərin hamısı kişilər, sıravi əsgərlər və çavuşlardır", - deyə Əsirlərlə Müalicə üzrə Koordinasiya Qərargahı məlumat verib.
Qeyd edək ki, azad edilən ukraynalı əsgərlərdən bəziləri indiyədək döyüş zamanı itkin düşmüş hesab olunurdu.
Bildirilir ki, əsirlikdən azad edilmiş müdafiəçilər lazımi tibbi müayinədən keçəcək, fiziki və psixoloji reabilitasiyadan keçəcək, habelə lazımi ödənişlər alacaqlar.
Adəm
-
Nəqliyyat13:48DYP-dən sürücülərə xəbərdarlıq
-
Ekologiya11:45Bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
-
İdman11:34Hələ belə avtoqol olmamışdı - VİDEO
-
Dünya11:26Ticarət mərkəzindəki dəhşətli yanğında ölənlərin sayı 5-ə çatdı - YENİLƏNİB
-
Hadisə10:12Şamaxı və Ağsuda zəlzələ oldu - YENİLƏNİB
-
İKT08:36Qazaxıstanda süni intellektlə bağlı SƏRT QANUN - Bu, məcburi olacaq
-
Ekologiya07:17Bakıya sulu QAR YAĞACAQ - 4 dərəcə şaxta olacaq
-
Magazin206:16Türk məşhurlar qırmızı xalıda… - VİDEO






































