MDB
Ukrayna Rusiyanın HHM vasitələrini və dron anbarını VURDU
Ukrayna Müdafiə Qüvvələri Krımın müvəqqəti işğal olunmuş ərazisində Rusiya qoşunlarının hava hücumundan müdafiə vasitələrini, həmçinin Donetsk vilayətindəki dron anbarını vurub.
Publika.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla məlumat yayıb.
Hərbçilərin məlumatına görə, Krımda Yevpatoriya rayonu yaxınlığında “Nebo-U” radiolokasiya stansiyası, həmçinin Xutorok yaşayış məntəqəsi yaxınlığında “Pantsir-S1” zenit-raket və artilleriya kompleksi vurulub.
Bundan əlavə, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində, Donetsk şəhəri yaxınlığında Ukraynanın Müdafiə qüvvələri Rusiya qoşunlarının pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqəni vurub.
Baş Qərargahdan bildirilib ki, düşmənə vurulan itkilərin miqyası dəqiqləşdirilir.
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər






































