MDB
Dağıstan lideri azərbaycanlılara MÜRACİƏT ETDİ - “Sonradan peşman olacağımız hərəkətlərə...”
"Biz bu gün dünyada baş verən hadisələri narahatlıq və ağrı ilə izləyirik. Təəssüf ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən çətinliklər yaranıb".
Publika.az xəbər verir ki, bu sözləri Dağıstanın rəhbəri Sergey Melikov özünün “Telegram” hesabında yazıb.
Melikovun paylaşımında deyilir:
"Amma əminəm ki, bütün bu çətinliklər xalqların maraqları nəzərə alınmaqla və münasibətlərimizin tarixinə hörmətlə, sülh yolu ilə həll olunacaq.
Belə çətin dövrlərdə vəziyyətdən öz mənafeləri üçün istifadə etməyə çalışanlar həmişə tapılır – Rusiyanı daxildən zəiflətmək, nifaq salmaq, qardaş xalqları bir-birinə qarşı qoymaq istəyənlər.
Xüsusilə bu, onillərdir yaxın qonşularıyla sülh və razılıq içində yaşayan çoxmillətli Dağıstana aiddir. Respublikamızda Azərbaycandan olan çoxlu insan yaşayır və onlar Dağıstanı öz evləri hesab edirlər. Bağlarımız coğrafiyadan daha dərin köklərə malikdir – tarix, qohumluq əlaqələri, mədəniyyət, birgə həyat. Vurğulamaq istəyirəm ki, Dağıstanda azərbaycanlılar yerli xalq sayılır!
Lakin hazırda bizi təhrik etməyə, münaqişələrə cəlb etməyə, sonradan peşman olacağımız hərəkətlərə yönəltməyə cəhdlər ola bilər. Bu, nə Dağıstana, nə Azərbaycana, nə də bütün Rusiyaya sülh və sabitlik arzulamayanların hiylələridir.
Biz dəfələrlə görmüşük ki, xarici qüvvələr vəziyyəti başqalarının əli ilə pozmağa çalışırlar. Nəticədə uğursuz olublar, çünki xalqımızın müdrikliyi, birliyi və xeyirxahlığı bu çirkin oyunların üzərində olub.
Mən hamıya – həm dağıstanlılara, həm də qardaşlarımız olan azərbaycanlılara müraciət edirəm: aramıza nifaq salmağa imkan verməyin. Emosiyalara qapılmayın, təxribatlara uymayın, məişət səviyyəsində millətçiliyə düşməyin. Yalnız rəsmi və təsdiqlənmiş məlumata inanın!
Biz birgə çox şeydən keçmişik və bu çətinlikləri də aşacağıq. Bütün çətinliklər keçicidir, qardaşlıq və ləyaqət isə bizimlə həmişə qalacaq".
Hüseyn İbadlı
-
Hadisə16:43Səbail polisi tiktokeri saxladı - 8 sutka cəza aldı
-
Hadisə16:25Müğənni Günəş saxlanıldı - Paylaşımlarına görə Psixiatriya xəstəxanasına göndərildi
-
ABŞ14:08Trampın qızının açıq-saçıq fotosu gündəm oldu - FOTO
-
Hadisə13:05Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB
-
İdman13:00Sabah regionlarda yağış yağacaq - HAVA PROQNOZU
-
MDB12:50Moskvadakı terrorda ölənlərin sayı 5-ə çatdı
-
Region12:03Ermənistan hökuməti istefa verdi
-
Sosial11:27Nəriman Həsənzadənin qızı: "Atamın son sözləri bu oldu ki..."



















.jpg)







.jpg)








