MDB
Rusiyalı məktəblinin smartfonu şalvarının cibində PARTLADI
Rusiyanın Moskva vilayətində 13 yaşlı məktəbli öz smartfonundan zərər çəkib.
Publika.az xəbər verir ki, bu barədə regionun Səhiyyə Nazirliyinin rəsmi "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, cihaz oğlanın şalvarının cibində olarkən partlayıb.
Həkimlər deyiblər ki, partlayış nəticəsində oğlanın şalvarı dərhal alışıb və əriyib.
“Hadisə yerinə operativ şəkildə çatan reanimasiya briqadası, zədənin genişliyini və yanığın ikinci dərəcəli olmasını nəzərə alaraq, uşağa güclü ağrıkəsicilər verib” - deyə qurum bildirib.
Bundan sonra oğlan Moskva vilayətinin Ana və Uşaq Mühafizəsi Mərkəzinə hospitalizasiya olunub.
Məktəbliyə əməliyyat lazım olmayıb. Yanıq sahəsi soyudulub, aseptik sarğı qoyulub, regenerasiya və infeksiyadan qorunma üçün vasitələr tətbiq edilib.
Hüseyn İbadlı
-
Sosial02:23Azərbaycanın keçmiş səfiri vəfat etdi
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı
-
Magazin111 İyun 22:24Gülay canlı efirdə ağladı - VİDEO
















.jpg)















