MDB
Tramp HƏMAS-ı HƏDƏLƏDİ - “Bilirlər ki, zarafat etmirəm”
ABŞ Prezidenti Donald Tramp Argentina lideri Xavyer Mile ilə görüşü zamanı bildirib ki, Fələstin hərəkatı HƏMAS ona silahı yerə qoyacağına “söz verib”, lakin bu baş verməzsə, onların zorla tərksilah ediləcəyini qeyd edib.
Publika.az xəbər verir ki, görüş Ağ Evin YouTube kanalında yayımlanıb.
“Onlar dedilər ki, silahı yerə qoyacaqlar. Əgər bu baş verməzsə biz onları tərksilah edəcəyik. Mən bunu necə edəcəyimizi izah etməyə borclu deyiləm, amma onlar bilirlər ki, zarafat etmirəm”, - deyə ABŞ lideri xəbərdarlıq edib.
Oktyabrın 14-də Tramp Qəzza üzrə sülh sazişinin ikinci mərhələsinin həyata keçirilməsinə başlanıldığını açıqlayıb.
Bu mərhələ HƏMAS-ın tərksilah edilməsini nəzərdə tutur. "Al Arabiya" telekanalı HƏMAS nümayəndələrinə istinadla bildirib ki, onlar bu məsələni “çətin və dolaşıq” hesab edirlər.
Oktyabrın 13-də ABŞ Prezidenti İsrail parlamentində çıxışı zamanı Qəzzadakı münaqişənin başa çatdığını elan edib.
Hüseyn İbadlı
-
Sosial02:23Azərbaycanın keçmiş səfiri vəfat etdi
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı
-
Magazin111 İyun 22:24Gülay canlı efirdə ağladı - VİDEO
















.jpg)















