MDB
Oktyabrın 24-də Rusiyanı nə gözləyir? - “Dövr sona yaxınlaşır”
"Rusiya Mərkəzi Bankı 24 oktyabr iclasında əsas faiz dərəcəsini böyük ehtimalla 17% səviyyəsində saxlayacaq".
Publika.az xəbər verir ki, Rysuta Ədliyyə Nazirliyinin arbitraj idarəçisi, Rusiya Sosial-Demokrat Qadınlar İttifaqının sədri və keçmiş deputat Olqa Epifanova deyib.
“Mərkəzi Bank 24 oktyabrda faiz dərəcəsini cüzi şəkildə 16%-ə endirə bilər, lakin düşünürəm ki, daha çox ehtimalla 17%-də saxlayacaq. İl sonuna doğru isə bu dərəcənin tədricən 15%-ə qədər azaldılması gözləniləndir. Tənzimləyici orqan inflyasiyanı nəzarətdə saxlamaqla iqtisadi fəallığı dəstəkləmək arasında optimal balans tapmağa çalışır. Mərkəzi Bankın ehtiyatlı yanaşması və mövcud iqtisadi şərait makroiqtisadi siyasətdə ölçülmüş addımların vacibliyini vurğulayır”, - deyə Epifanova qeyd edib.
Onun sözlərinə görə, payızda veriləcək bəyanatdan sonra bank əmanətlərinin faiz dərəcələri tədricən azalacaq və bu yaxın zamanda hiss olunacaq: qısamüddətli əmanətlərin gəlirliliyi 14–15%-ə, illik əmanətlərin isə 11–13%-ə qədər enə bilər.
Epifanova vurğulayıb ki, yüksək gəlirli əmanətlər dövrü sona yaxınlaşır, buna görə də bank müştəriləri üçün sərfəli şərtləri uzunmüddətli əmanətlərdə sabitləşdirmək və bir hissəsini tez çıxarıla bilən əmanətlərdə saxlamaq daha məqsədəuyğundur. Əsas məsələ - tələsik qərarlar verməmək və dəyişən iqtisadi mühitdə yığımlarda diversifikasiyanı qorumaqdır.
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 09:54BMT rəsmisi: "Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir"



































.jpg)



