MDB
İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarıldı
Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri, qubernatorun müşaviri İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə RBC-yə bildirib.
"Şərh yoxdur", - Hüseynov nəşrə bildirib.
Hüseynovun 56 yaşı var. O, Gəncədə doğulub böyüyüb və son 20 ildə Ulyanovskda yaşayır. 2005-ci ildən diaspora rəhbərlik edir.
2015-ci ildə Hüseynova qarşı bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qeydiyyatında külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamı irəli sürülüb. Müstəntiqlərin fikrincə, o, bazar qiyməti 6 milyon rubl olduğu halda 776 min rubla bələdiyyə sahəsi alıb və vəd etdiyi otelin əvəzinə yaşayış binası tikməyə başlayıb. Məhkəmə onu dələduzluqda təqsirli bilib və 4 il sınaq müddəti və 1 milyon rubl cərimə kəsərək, çirkli pulların yuyulmasında bəraət verib. Hüseynov özünü təqsirli bilməyib.
Hüseynova iki sui-qəsd cəhdi olub: 2009-cu ildə hücumçu səhvən Ulyanovsk gömrük əməkdaşını və onun həyat yoldaşını yaralayıb, 2012-ci ildə isə onun mühafizəçisi öldürülüb.
O, Ulyanovsk vilayəti hökuməti tərəfindən “Xalqlar Dostluğu” medalı ilə təltif edilib.
Tural
-
Sosial02:23Azərbaycanın keçmiş səfiri vəfat etdi
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı
-
Magazin111 İyun 22:24Gülay canlı efirdə ağladı - VİDEO
















.jpg)















