MDB
Rusiyanın borcu rekord həddə çatdı
2025-ci ilin sonuna qədər Rusiya dövlət istiqrazlarının daxili bazarda yerləşdirilməsinin həcmi rekord həddə - 7,2 trilyon rubla (154 milyard 886 milyon 400 min manat) çatıb. Bu, əvvəlki illə müqayisədə 1,7 dəfə artım deməkdir.
Publika.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb.
Bunun 6,98 trilyonu (150 milyard 153 milyon 760 min manat) rublla ifadə olunmuş federal kredit istiqrazları (OFZ), qalan məbləğ isə ilk dəfə yuanla ifadə olunmuş borc öhdəlikləri buraxılışından əldə edilib.
Nəticədə, noyabr ayında iki trilyon rubl artırılmış 2025-ci il üçün borclanma planı 2,7 faiz artıqlaması ilə yerinə yetirilib. Bu il sonuncu OFZ yerləşdirməsinin investor aktivliyinin aşağı olması ilə baş tutmasının səbəblərindən biri də budur. İki hərracda tələb cəmi 117,9 milyard rubl (2 milyard 536 milyon 264 min 800 manat), gəlir isə 78,4 milyard dollar (133 milyard 280 milyon manat) təşkil edib.
Rusiya Bankının əsas faiz dərəcəsinin azaldılması gözləntiləri fonunda sabit faizli istiqraz yerləşdirmələrinin həcmi artıb. Dəyişkən kuponlu OFZ-lər (floaterlər) ötən ilki 2,4 trilyonla müqayisədə 1,6 trilyon rubl təşkil edib. 2026-cı il üçün borclanma proqramı 2025-ci illə müqayisədə 21 faiz az olan 5,5 trilyon rubl cəlb etməyi nəzərdə tutur. Bu vəsaitlərdən 1,44 trilyon rublunun cari borcun ödənilməsinə yönəldilməsi nəzərdə tutulur.
Daha əvvəl bildirilmişdi ki, Rusiyanın dövlət borcunun 2025-ci ilin yanvar-sentyabr aylarında 2,9 trilyon rubl artaraq 31,98 trilyona çatacaq.
Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi





































