MDB
Rusiyalı general 56 yaşında öldü
Rusiyanın keçmiş müdafiə nazirinin müavini, general-polkovnik Yuri Sadovenko 56 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə onun ailəsi “RİA Novosti”yə məlumat verib.
"Bəli, doğrudur... Dünən gecə", - Sadovenkonun qohumları deyiblər.
Müdafiə nazirinin keçmiş qərargah rəisi Yuri Eduardoviç Sadovenko 11 sentyabr 1969-cu ildə Ukraynanın Jitomir şəhərində anadan olub. O, 1990-cı ildə Lenin Komsomolu adına Ryazan Ali Hava-Desant Komandanlıq Məktəbini və 2008-ci ildə Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasını bitirib. 1990-cı ildən 1994-cü ilə qədər Silahlı Qüvvələrdə müxtəlif komandanlıq vəzifələrində xidmət edib. Döyüş veteranıdır.
1994-cü ildən 2002-ci ilə qədər Rusiya Fövqəladə Hallar Nazirliyinin bölmələrində xidmət edib. Həm Rusiyada, həm də xaricdə bütün səviyyələrdə çoxsaylı humanitar və xilasetmə əməliyyatlarında iştirak edib.
2012-ci ilin noyabr ayında Sadovenko Müdafiə Nazirinin Qərargah rəisi təyin edilib. 21 fevral 2014-cü ildə general-polkovnik rütbəsinə yüksəlib. 20 may 2024-cü ildə Vladimir Putinin fərmanı ilə müdafiə nazirinin müavini - Rusiya Federasiyası Müdafiə Nazirinin Qərargah rəisi vəzifəsindən azad edilib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi




































