MDB
Bir və ya iki nəfərə xidmət etmirəm: Bu türk dövlətində parlamentin sədri istefa verdi
Qırğızıstan Parlamentinin sədri Nurlanbek Turğunbek istefa verib.
Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
"Ölkədə baş verən siyasi hadisələri nəzərə alaraq, bir və ya iki nəfərə xidmət etmədiyimi deməyi zəruri hesab edirəm: mən xalqa, dövlətə və parlamentə xidmət edirəm. Könüllü istefa vermək qərarına gəldim. Bu, mənim şəxsi qərarımdır və kənar təzyiq olmadan qəbul edilmiş qərardır", - Turğunbek uulu bildirib.
Spikerin istefası Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyevin vəzifədən alınmasından bəri müzakirə olunurdu.
Turğunbek uulu 17 dekabr 2025-ci ildə VIII Parlamentin sədri seçilib. O, həmçinin əvvəlki çağırışda ölkənin qanunvericilik orqanına rəhbərlik edib.
Sadır Japarov bir müddət əvvəl Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyevi və onun üç müavinini vəzifəsindən azad etmişdi. O, qərarını milli birliyin gücləndirilməsi və cəmiyyətdə parçalanmanın qarşısının alınması zərurəti ilə izah etmişdi.
Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti olaraq Jumqalbek Şabdanbekov tutub.
Tural
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu

















.jpg)



















