Magazin2
Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
Türkiyədə 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı yenidən başladılan istintaq davam edir.
Publika.az xəbər verir ki, istintaq çərçivəsində Vatan Partiyasının (VP) sədri, hüquq elmləri doktoru və yazıçı Doğu Perinçek məlumatlı şəxs qismində dindirilib. Onun ifadəsi təxminən iki saat davam edib.
“Kurtlar Vadisi” serialının ssenarisinə müdaxilə etdiyi müəyyən edilən keçmiş polis rəisi və ssenarist Bayram Özbek də həbs olunub. Bununla da iş üzrə həbs edilənlərin sayı doqquza çatıb.
Silivri Respublika Baş Prokurorluğunun apardığı istintaq qəsdən adam öldürmə, cinayət törətmək məqsədilə təşkilat yaratma, idarə etmə və üzv olma, həmçinin 2937 saylı qanuna zidd hərəkət maddələri üzrə aparılır.
Qeyd edək ki, “Kurtlar Vadisi Pusu” serialının 10 noyabr 2011-ci ildə yayımlanan 136-cı bölümündə “Kaşifoğlu” obrazının öldürülməsi barədə əmr verilir. Üç gün sonra isə Kaşif Kozinoğlu həbsxanada vəfat edir. Serialdakı obrazın ölüm səbəbi ilə Kozinoğlunun ölüm səbəbinin də eyni olduğu bildirilir.
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya
-
Nəqliyyat06:16150 manat cərimə oluna bilərsiz - Sürücülərin diqqətinə!
-
Region03:4440-dan çox təyyarə başqa hava limanlarına yönləndirildi - İstanbulda nə baş verir?
-
Qoroskop00:45Günün ulduz falı: Bunu etsəniz, işləriniz rahatlıqla yoluna düşəcək
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər







.jpg)

.jpg)
.jpg)








.jpg)



















